Astara Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlər çərçivəsində külli miqdarda narkotik vasitə - marixuana aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
Modertor.az xÉ™bÉ™r verir ki, “CÉ™nub-Astara” gömrük postunda AzÉ™rbaycan Respublikasından tranzit keçmÉ™klÉ™ İran İslam Respublikasından Rusiya Federasiyasına “kÉ™lÉ™m” yükü aparan nÉ™qliyyat vasitÉ™sinÉ™ rentgen qurÄŸusunda baxış keçirilib.
Daha sonra nəqliyyat vasitəsindəki yükə kinoloji xidmət iti vasitəsilə gömrük yoxlaması tətbiq olunub.
Yoxlama zamanı yükün içərisindən falqaya bükülmüş şəkildə, fiziki görünüşcə kələm formasına salınan və gömrük nəzarətindən gizlədilən 139 ədəd bağlamadan qablaşdırma ilə birgə ümumi çəkisi 39 kq 895 qram narkotik vasitə - marixuana aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.


