AZ

AYNA: "Qırmızı körpü" gömrük postunda 200 nəqliyyat vasitəsi növbədədir

BAKI, 25 avqust. TELEQRAF

Azərbaycanın gömrük-sərhəd buraxılış məntəqələrində çıxış istiqamətində canlı növbədə olan yük nəqliyyat vasitələrinin sayı açıqlanıb.

Yerüstü Nəqliyyat Agentliyindən Teleqraf-a verilən məlumata görə, Gürcüstanla sərhəddə “Qırmızı Körpü” gömrük postunda 200, “Mazımqara” gömrük postunda isə 10 yük nəqliyyat vasitəsi növbədədir.

Rusiya ilə sərhəddə “Samur” gömrük postunda isə 74 yük maşını gözləyir,“Xanoba” gömrük postunda isə növbə qeydə alınmayıb.

İran İslam Respublikası ilə sərhəddə isə “Biləsuvar” gömrük postunda 75, “Astara” gömrük postunda 18 yük maşın növbədədir.

Seçilən
150
2
teleqraf.com

10Mənbələr