EN

Magistral xəttin üzərində tikilən evlərin su təchizatına yaratdığı çətinliklər açıqlandı (FOTO/VİDEO)

Bakı.Trend:

Paytaxtın bəzi ərazilərində su təchizatını həyata keçirəninfrastruktur üzərində tikintilərin yerləşməsi acınacaqlı vəziyyətyaradır.

Trend xəbərverir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyiməlumat yayıb.

Bildirilib ki, belə hallardan biri Binəqədi rayonu M.S.Ordubadiküçəsində baş verib.

"Ötən həftə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətininmüvafiq sukanal idarəsinə "955" Çağrı Mərkəzindən daxil olanməlumat əsasında əraziyə qəza xidməti cəlb olunub. Aparılanmonitorinq zamanı qəzanın 1400 mm diamterli Kür-1 magistral sukəmərininin üzərində tikilən vətəndaşa məxsus həyətyanı sahə iləevin mühafizə hasarının arasında baş verdiyi aşkarlanıb.

Qazıntı işləri aparılan zaman evin bünövrəsinin zədələnməməsiüçün xəttə verilən su dayandırılıb, xəttin içərisində olan sutamamilə təxliyə olunaraq borunun daxili hissəsində qaynaq işləriaparılıb. Təbii ki, belə bir vəziyyətdə qəzanın aradan qaldırılmasımüddəti də uzanır.

Buna baxmayaraq, magistral xətdə baş verən qəza Xidmətinəməkdaşlarının səyi nəticəsində tam aradan qaldırılsa da, evlərinməhz xəttin üzərində tikilməsi səbəbindən şəbəkənin digər birhissəsində yenidən qəza baş verib. Bu səbəbdən təmir işləriplanlaşdırılmış müddətdən artıq davam etdirilib.

Eyni zamanda, xəttə birbaşa müdaxilənin qeyri-mümkünlüyü bərpaişlərini daha da çətinləşdirib. Bütün çətinliklərə baxmayaraq qəzabriqadasının səyləri nəticəsində xəttin zədələnmiş hissəsi bərpaolunub və abonentlərin su təchizatı əvvəli rejm üzrə təminedilib.

Magistral xətlərin üzərində qanunsuz tikintilərin olması sutəchizatının idarə olunmasına ciddi əngəl yaradır. Belə tikililərinfrastrukturun sıradan çıxmasına səbəb olur", - məlumatdadeyilir.

Magistral
Magistral
Magistral
Chosen
89
36
az.trend.az

10Sources