Bu ilin birinci yarısında Azərbaycandan 415,7 milyon ABŞ dolları məbləğində 402,3 min ton meyvə-tərəvəz ixrac edilib.
Operativ Media-nın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, ötən ilin eyni ayları ilə müqayisədə dəyər ifadəsində 24,2% çoxdur.
Hesabat dövründə meyvə-tərəvəz ixracı ölkənin ümumi ixracının 3,23%-ni təşkil edib.
Gözəl Azadəliyeva