Oxu.Az xəbər verir ki, bu mərhələdə Cəbrayıl şəhərinə 53 ailə - 198 nəfər köçürülür.
***
06:29
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, "İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı"na əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınır.
Oxu.Az xəbər verir ki, bu mərhələdə Cəbrayıl şəhərinə 53 ailə - 198 nəfər köçürülür.
Doğma yurda qayıdan Cəbrayıl sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, oraya köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 50 mindən çox insan yaşayır.
10Sources
-
anews.azDaha 459 nəfər Ağdam və Cəbrayıla köçüb ( 19687544)
-
report.azCəbrayıl şəhər sakini: Valideynlərimlə tərk etdiyim doğma torpağa indi övladlarımla qayıdıram ( 19687460)
-
operativmedia.azAğdamın Xıdırlı kəndinə və Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb ( 19687439)
-
apa.azAğdam rayonunun Xıdırlı kəndinə və Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb ( 19687421)
-
ucnoqta.azAğdamın Xıdırlı kəndinə növbəti köç karvanı yola salınıb ( 19687382)
-
apa.azAğdam rayonunun Xıdırlı kəndinə növbəti köç karvanı yola salınıb ( 19687364)
-
report.azAğdam rayonunun Xıdırlı kəndinə növbəti köç karvanı yola salınıb ( 19687379)
-
pravda.azKöç karvanı Ağdərə rayonunun Həsənriz kəndinə çatıb ( 19674386)
-
gundem.azDaha 29 ailə Həsənriz kəndinə köçüb - FOTOLAR ( 19672508)
-
yeniazerbaycan.comBöyük Qayıdış: Həsənriz kəndində daha 29 ailəyə mənzillərin açarları təqdim olunub YENİLƏNİB ( 19671896)