EN

Son anda Türkiyəyə gəlməkdən imtina etdi - təyyarəyə minmədi - Nə baş verir? - FOTO

"Super Liqa" nəhəngi Trabzonsporda "Atletico Madrid"li futbolçusu Saul Niguezin transferi tamamlanıb, lakin son anda problem yarandığı məlum olub.

Milli.Az xəbər verir ki, "Trabzonspor" klubu ailəvi səbəbləri əsas gətirərək təyyarəyə minməyən və transfer qərarından imtina edən Saul Niguezin transferinin rəsmən ləğv olunduğunu açıqlayıb.

Klubdan verilən açıqlamada deyilir:

"Saul Niguez son mərhələdə ailəvi səbəbləri bəhanə gətirərək qərarından imtina etdiyini bizə bildirdi. Bu məlumatlara əsasən, Saul Niguezin transfer prosesi dayandırılıb".

İspan futbolçu transferinin baş tutmamasından sonra açıqlama verib.

Təcrübəli yarımmüdafiəçi paylaşımında belə yazıb:

"Bəzi şəxsi səbəblərə görə alınmadı. Ümid edirəm ki, bir gün yollarımız yenidən kəsişər".

Qeyd edək ki, ötən mövsümü "Sevilya"da icarə əsasında keçirən 30 yaşlı futbolçu 26 oyunda 1 qol vurub, 6 məhsuldar ötürmə edib.

Kənan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Chosen
27
50
milli.az

10Sources