AZ

52 illik müqavilə ləğv olundu - Ərdoğan imzaladı - FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladığı yeni qərarla, Türkiyə ilə İraq arasında 1973-cü ildə bağlanmış Xam Neft Boru Kəməri Müqaviləsi 2026-cı ilin iyul ayında rəsmən başa çatacaq.

News24.az xəbər verir  ki, müvafiq fərman 2025-ci il iyulun 20-də Rəsmi Qəzetdə dərc olunub.

Qərara əsasən, 52 ildir qüvvədə olan müqavilə və ona əlavə olunan bütün protokollar, dəyişikliklər, memorandumlar 2026-cı il 27 iyul tarixində etibarilə ləğv ediləcək.

Qeyd edək ki, bu müqavilə ilk dəfə 1973-cü ildə imzalanıb, daha sonra bir neçə dəfə yenilənib. Sonuncu dəfə isə 2010-cu ildə 15 il müddətinə uzadılmışdı.

Qərarda həmçinin qeyd olunub ki, bu müqavilə çərçivəsində qəbul edilən bütün hüquqi sənədlərin və protokolların da qüvvəsi sona çatacaq. Bu addım regionda enerji siyasətinə ciddi təsir göstərə bilər./milli.az


Seçilən
11
50
news24.az

10Mənbələr