Husilər Ben Qurion hava limanı və Eylat limanı daxil olmaqla İsraildə beş obyektə pilotsuz uçuş aparatları ilə zərbələr endiriblər.
Azreform.info APA-ya istinadən xəbər verir ki, bu barədə hərəkatın nümayəndəsi Yəhya Saria məlumat yayıb.
Onun sözlərinə görə, İsrailə qarşı hücum zamanı husilər beş PUA-dan istifadə ediblər və əməliyyat öz hədəfinə çatıb.