Yəməndə Husilərin tərəfdarları beş obyektə pilotsuz uçuş aparatları (PUA) ilə zərbələr endiriblər.
AFN.az yerli mediaya istinadən xəbər verir ki, bu obyektlər sırasında Ben Qurion və Eylat limanları da var. Məlumatı husilər tərəfindən yaradılan silahlı qüvvələrin nümayəndəsi Yəhya Sariya verib.
Onun sözlərinə görə, Yəmən silahlı qüvvələrinin PUA bölmələri unikal hərbi əməliyyat keçirib. Bu əməliyyat çərçivəsində Lod (Ben Qurion), Yaffo (Təl-Əviv), Umm-ər-Rəşraş (Eylat), Ramon hava limanı və Aşdod ərazisindəki hərbi obyektlər hədəfə alınıb.
Sariyanın sözlərinə görə, əməliyyatda beş PUA istifadə olunub və hücum uğurla həyata keçirilib.