EN

Rusiya-Ukrayna danışıqları bu tarixdə baş tutacaq

İyulun 23-də Türkiyədə Ukrayna və Rusiya arasında danışıqların yeni raundu keçiriləcək.

Day.Az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Telegram" kanalında məlumat verib.

Kiyevdə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerovun qarşıdakı danışıqlarda nümayəndə heyətinin rəhbəri olaraq qalacağını qeyd ediblər. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Rusiya nümayəndə heyətinin tərkibində dəyişiklik olmayacaq.

Chosen
88
15
day.az

10Sources