EN

Masazırda elektrik naqilində partlayış TƏHLÜKƏSİ

Abşeron rayonunun Masazır qəsəbəsinin Qarabağlılar küçəsində yerləşən yaşayış massivində elektrik naqilində iki gündür ciddi nasazlıq müşahidə olunur.

Bu barədə görüntülər Far.Az-ə daxil olub.

Bildirilib ki, qısaqapanma səbəbilə naqildən güclü qığılcımlar çıxır, əraziyə isə işıq verilmir.

Sakinlər təhlükənin artmasından narahatdır və aidiyyəti qurumlardan müdaxilə gözləyirlər.

Chosen
11
3
far.az

10Sources