“Leypsiq”in yarımmüdafiəçisi Xavi Simonsun karyerasını İngiltərənin “Çelsi” klubunda davam etdirmək istəyir.
90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano “X” sosial şəbəkəsində (keçmiş Twitter) məlumat paylaşıb.
O “Çelsi” rəsmilərinin artıq 22 yaşlı futbolçunun agentliyi ilə əlaqə saxladığını bildirib.
Niderlandlı futbolçuda bu keçidə müsbət yanaşır. Rəsmən danışıqların çərşənbə axşamı başlanması gözlənilir.
Transferin reallaşması “Çelsi”nin heyətində maaş fondu boşaltmaq üçün bəzi oyunçuları satmasından asılı olacaq.
Ötən mövsüm Xavi Simons “Leypsiq”də 33 oyunda 11 qol vurub və 8 assistlə yadda qalıb.