EN

Su qıtlığı yarana bilər -

Son günlər havaların durmadan istiləşməsi təkcə Azərbaycanda yox, bütün dünyada narahatlıq yaradır. Havanın bu cür davamlı isti keçməsi təbiətə və insan həyatına birbaşa təsir edir, ciddi ekoloji problemlər yaradır. Ekoloq Rövşən Abbasov bu barədə Metbuat.az-a açıqlamasında bildirib ki, qlobal istiləşmə həyatın hər sahəsinə təsir göstərir. Onun sözlərinə görə, temperaturun davamlı yüksəlməsi atmosfer yağıntılarının azalmasına gətirib çıxarır ki, bu da həm içməli, həm də suvarma suyunun çatışmazlığına səbəb olur: “Su qıtlığı meşə və digər ərazilərdə yanğın riskini artırır. Eyni zamanda bu, ərzaq böhranını dərinləşdirir, çünki qida məhsullarının böyük hissəsi suvarma hesabına yetişdirilir. Son illərdə məhz su çatışmazlığı səbəbindən bir çox bölgələrdə münaqişələr yaşanır, fermerlər isə məhsuldarlığın azalmasından şikayətlənirlər. Nəticədə ərzaq qiymətləri artır”. Ekspert əlavə edib ki, iqlim dəyişikliyi torpaqların eroziyasına da yol açır. Torpaq quruyur, bitki örtüyü məhv olur və münbit sahələr sıradan çıxır. Bu da kənd təsərrüfatına ciddi zərbə vurur və uzunmüddətli perspektivdə böyük fəlakətlərə yol aça bilər.

Sevinc İbrahimzadə / Metbuat.az

Chosen
44
9
metbuat.az

10Sources