İyulun 22-də Tehranda İran, Rusiya və Çin nümayəndələrinin üçtərəfli görüşü keçiriləcək və bu görüşdə İranın nüvə proqramı müzakirə olunacaq.
Â
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi İsmail Bəqai məlumat verib.
Â
"Sabah Tehranda İran, Çin və Rusiya arasında üçtərəfli görüş keçiriləcək və əsas mövzulardan biri nüvə probleminin, xüsusilə də sanksiyaların qaytarılması məsələsinin müzakirəsi olacaq", - İ.Bəqai jurnalistlərə bildirib.
Â