EN

İstanbul danışıqları bu tarixdə keçiriləcək

  İyulun 23-də Türkiyədə Ukrayna və Rusiya arasında danışıqların yeni raundu keçiriləcək.

Referans xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski teleqram kanalında məlumat verib.

Zelenski bildirib ki, keçmiş müdafiə naziri, Respublikanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov Moskvaya bu həftə danışıqların üçüncü raundunu keçirməyi təklif edib. Rusiya danışıqlar qrupundakı mənbə bu məlumatı təsdiqləyib.

Kiyevdə qeyd olunub ki, Umerov qarşıdakı danışıqlarda nümayəndə heyətinin rəhbəri olaraq qalacaq. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Rusiya nümayəndə heyətinin tərkibində dəyişiklik olmayacaq./Globalinfo.az  

Chosen
31
8
referans.az

10Sources