EN

İnsan orqanizmində ən çox yağdan ibarət ORQAN

İnsan beynindəki quru maddənin 60%-i yağlardan ibarətdir, qalan 40%-i isə su, zülallar, karbohidratlar və digər maddələrdən təşkil olunur. Bu səbəbdən beyin, insan orqanizmində ən yağlı orqan hesab edilir.

Bizim.Media xəbər verir ki, bununla bağlı dietoloq, nutrisioloq, pediatr Olqa Kondratenko danışıb.

"Orqanizmdə faydalı yağların və suyun çatışmazlığı beynin fəaliyyətinə mənfi təsir göstərir, bu isə müxtəlif patologiyaların yaranmasına səbəb olur", – deyə o qeyd edib.

Onlar neyronların hüceyrə membranlarını formalaşdırır və neyronlar arasında əlaqəni təmin edir.

Maddələr mübadiləsində (metabolizmdə) vacib rol oynayır, beyin üçün enerji mənbəyidir.

Yağlar beynin bütün inkişaf mərhələlərində, o cümlədən dölün ana bətnindəki inkişaf dövründə də vacibdir.

Uşaq yaşlarında yağların miqdarı beynin düzgün inkişafını təmin edir, uşağın davranışı, aktivliyi və hətta bəzi nevroloji xəstəliklərin riski ilə bağlı ola bilər.


Beyində ən çox lipidlər (yağlar) harda yerləşir?

Ağ maddədə əsasən mielin qişalarda olan lipidlər var. Bu lipidlər sinir impulslarının ötürülməsini təmin edir və tərkibində doymuş yağ turşuları olur.

Boz maddədə əsasən çox doymamış yağ turşuları (PUFA – polidoymamış yağ turşuları) olur.

Onlar siqnalların neyronlar tərəfindən emalında iştirak edir.

Yaşlandıqca beyində nələr dəyişir?

Beyindəki lipidlərin miqdarı azalır, xüsusilə ağ maddədə.

Nəticədə sinir impulslarının ötürülmə qabiliyyəti zəifləyir.
 

Maddələr mübadiləsi üçün vacib lipidlərin miqdarı azalır, əvəzində isə xolesterin artır. Bu, damarların divarlarında aterosklerotik piləklərin yaranmasına səbəb olur.


Beynin həcmi tədricən kiçilir, yaddaş, düşünmə sürəti və diqqət zəifləyir.

Bu proseslər hansı xəstəliklərə gətirib çıxara bilər?

Şizofreniya

Altsheymer xəstəliyi

Beyin damarlarında ateroskleroz

Xroniki beyin işemiyası (beynin qan dövranının pozulması)

Əgər lipid ehtiyatı tükənərsə, neyronlar arasında siqnalların ötürülməsi zəifləyir, informasiyanın qəbulu yavaşlayır və açıq-aşkar kognitiv pozğunluqlar yaranır.

Belə hallarda bəzən xəstəyə stasionar (xəstəxana şəraitində) yardım lazımdır.

Bizim.Media

Chosen
1
6
bizim.media

8Sources