EN

Elmar Baxşıyev “Aris”lə oyundan öncə jurnalistlərlə görüşəcək

“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev Konfrans Liqasında “Aris”lə oyundan öncə jurnalistlərin qarşısına çıxacaq

Arena.az xəbər verir ki, Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Araz-Naxçıvan” – “Aris” oyunundan öncə keçiriləcək mətbuat konfransları və açıq məşqlərinin vaxtı müəyyənləşib.

Bu barədə Naxçıvan klubunun mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, “Aris”in mətbuat konfransı iyulun 23-də, saat 17:00-da başlayacaq. İlk 15 dəqiqəsi media üçün açıq olacaq məşq isə saat 18:00-da start götürəcək.

Elmar Baxşıyev və “Araz-Naxçıvan”ın bir futbolçusunun iştirakı ilə keçiriləcək oyunöncəsi mətbuat konfransı isə eyni gündə saat 19:00-da başlayacaq. Saat 19:30-da isə məşqə start veriləcək və ilk 15 dəqiqəsi media üçün açıq olacaq.

Hər iki komandanın mətbuat konfransları və məşqləri “Dalğa Arena”da keçiriləcək.

Xatırladaq ki, “Araz-Naxçıvan”la “Aris” arasındakı ilk oyun iyulun 24-də Mərdəkanda keçiriləcək. Cavab görüşü isə bir həftə sonra Yunanıstanda baş tutacaq.

Chosen
25
34
arena.az

10Sources