EN

Rusiyada azərbaycanlı ilə evlənən qadın cəzalandırıldı

Sverdlovsk vilayətinin Boqdanoviç şəhərində yerli sakin 15 min rubl müqabilində Azərbaycan vətəndaşı ilə nikaha daxil olub.

Bakupost.az xəbər verir ki, region məhkəməsinin mətbuat xidmətinin verdiyi məlumata görə, məhkəmə bu birliyi saxta elan edib.

Qurumun müəyyən etdiyinə görə, nikah 2022-ci ilin yayında rəsmiləşdirilib. Bundan sonra azərbaycanlı Rusiyada müvəqqəti yaşamaq üçün icazə alıb. Məhkəmənin araşdırmasına əsasən, cütlük heç vaxt görüşməyib və ailə qurmaq niyyəti olmayıb.

Məlumata görə, nikah etibarsız sayılıb və Boqdanoviç sakininin azərbaycanlıdan aldığı pul dövlətin xeyrinə geri alınıb.

“Cebheinfo.az”

Chosen
10
30
cebheinfo.az

10Sources