EN

Ukraynaya silah alışı ilə bağlı kəsiri ödəmək üçün $6 mlrd. lazımdır

Ukraynaya silah alışı ilə bağlı mövcud kəsiri ödəmək üçün 6 milyard ABŞ dolları lazımdır.

Bunu Ukraynanın müdafiə naziri Denis Şmıqal Ukrayna Müdafiə Məsələləri üzrə Əlaqə Qrupunun 29-cu iclasında (“Ramştayn” formatında) bildirib.

D.Şmıqal, həmçinin 2026-cı ilə hazırlıq zərurətini vurğulayıb və tərəfdaşları 2026-cı il büdcələrində Ukrayna üçün vəsait ayırmağa çağırıb.

“Ramştayn” iclası Böyük Britaniya və Almaniyanın rəhbərliyi altında bu gün onlayn keçirilir. İclasa Ukraynanın 50-dən çox tərəfdaşı qoşulub. İclasda, xüsusilə NATO-nun baş katibi, NATO-nun Avropadakı Birləşmiş Qüvvələrinin Ali Baş Komandanı və ABŞ müdafiə naziri, həmçinin alyansın və tərəfdaşların onlarla ölkəsi iştirak edir.

MənbəREPORT
Chosen
36
50
banker.az

10Sources