AZ

Ukrayna ölkə üzrə proqramın uzadılması üçün Beynəlxalq Valyuta Fonduna müraciət edə bilər

Ukrayna hökuməti Beynəlxalq Valyuta Fonduna (IMF) ölkə üzrə yeni proqramın təsdiqlənməsi xahişi ilə müraciət edə bilər.

“Report”un məlumatına görə, bu barədə Baş nazir Yuliya Sviridenko “Bloomberg” agentliyinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, dünya donorları növbəti iki il üçün dövlət büdcəsinə lazım olan 75 milyard dolların yalnız yarısını ayırıblar: "IMF-nin təxminən 16 milyard dollar məbləğində kredit proqramının müddəti 2027-ci ildə başa çatır, müharibənin müddəti ilə bağlı qeyri-müəyyənlik, ehtimal ki, gələn ay kreditorun icmalı zamanı yeni planın müzakirəsinə gətirib çıxaracaq".

"Əgər baza ssenarisi müharibənin gələn il davam edəcəyini nəzərdə tutarsa, çox güman ki, bizim yeni IMF proqramımız olacaq", - Y.Sviridenko bildirib.

O qeyd edib ki, IMF missiyasının avqust ayında səfəri zamanı yeni proqramın məqsədəuyğun olub-olmadığını müəyyən etmək üçün iqtisadi və hərbi ssenarilər müzakirə ediləcək.

Seçilən
17
4
report.az

10Mənbələr