EN

Demokratiya və İnsan Hüquqları Komitəsi layihə çərçivəsində Hacıqabulda tədbir keçirib - FOTOLAR

Demokratiya və İnsan Hüquqları Komitəsi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə  “Narkomaniyanın erkən aşkarlanması və profilaktikası” adlı layihəni uğurla davam etdirir.

"Cebheinfo.az" xəbər verir ki, layihə çərçivəsində növbəti tədbir 16 iyul 2025-ci il tarixində  hacıqabul rayonunda keçirilib.

Tədbirdə  Hacıqabul  rayon  İcra Hakimiyyətinın səlahiyyətli nümayəndəsi  və Hacıqabul rayon PŞ –nin narkotiklərlə mübarizə İdarəsinin  baş əməliyyat  müvəkkili, polis mayoru  Abbasov Daşqın  da iştirak edib.

Tədbirdə iştirak edən müəllimlər, məktəb psixoloqları mövzu ətrafında öz fikirlərini bölüşüblər. Tədbirin sonunda iştirakçılar 4 kiçik qrupa bölünüb və hər qrupa 3 sual təqdim olunub. Qrup işinin nəticələri təqdimat formatında paylaşılıb və geniş müzakirələr aparılıb. Hacıqabul rayonu, H. Əliyev Mərkəzində keçirilən tədbirdə 22 nəfər  iştirak edib.

Qeyd edək ki, layihə Şamaxı, Şirvan, Hacıqabul, Şabran, Xaçmaz və Quba rayonlarını əhatə edir və 3 ay müddətində icra olunur.

"Cebheinfo.az"

Chosen
5
11
cebheinfo.az

10Sources