EN

Ekspert: Filmlərdə süni intellektin dünyanı ələ keçirməsi ssenarisi artıq yalnız fantaziya deyil VİDEO

Şuşa, 21 iyul, Aytac Haqverdiyeva, Leyla Muradzadə, AZƏRTAC

Hazırda informasiya dövrünün ən böyük çağırışlarından biri həqiqi və obyektiv məlumat mənbəyini tapmaqdır. Təəssüf ki, bugünkü rəqəmsal dünyada yayılan məlumatların böyük hissəsinin dəqiq, yoxlanılmış və qərəzsiz olub-olmadığını müəyyənləşdirmək hər keçən gün daha da çətinləşir.

AZƏRTAC xəbər verir ki, bu sözləri 3-cü Şuşa Qlobal Media Forumu çərçivəsində keçirilən “Sosial medianın təkamülü ictimai etimada necə təsir edir: Media savadlılığının əhatəsində” adlı paneldə “Google” və “Youtube” üzrə ekspert, “BlitzMetrics” şirkətinin baş icraçı direktoru Dennis Yu deyib.

O qeyd edib ki, süni intellekt bu prosesdə həm fürsət, həm də risk yaradır. O, bir növ elektrik enerjisi kimidir. Düzgün istifadə olunarsa, işimizi asanlaşdırır, həyatımıza dəyər qatır. Ancaq nəzarətsiz və məsuliyyətsiz yanaşılarsa, ciddi fəsadlara yol aça bilər.

“Bu gün biz süni intellektin istənilən formada, istənilən məzmunu yaratmaq qabiliyyətinə sahib olduğunu görürük. Bu, texnoloji inqilabdır, lakin onunla yanaşı, etik və təhlükəsizlik məsələləri də artır. Məşhur Hollivud filmlərində tez-tez təsvir olunan o süni intellektin dünyanı ələ keçirməsi ssenariləri artıq yalnız fantaziya deyil. Bu, reallığa çevrilə biləcək bir ehtimal kimi dəyərləndirilir”,-deyə ekspert bildirib.

Onun sözlərinə görə, süni intellekti düzgün tənzimləməklə, onun imkanlarından faydalı şəkildə istifadə etməklə potensial təhlükələrin qarşısını almaq mümkündür.

Chosen
35
36
azertag.az

10Sources