EN

“AnewZ” ekspert materiallarının nəşri üçün yeni platformanı işə salıb

Azərbaycan televiziya kanalı “AnewZ” öz veb-saytında ekspert materiallarının nəşri üçün yeni platforma – “Opinion” bölməsini işə salıb.

Demokrat.az Report-a istinadla xəbər verir ki, təqdimat III Şuşa Qlobal Media Forumu çərçivəsində baş tutub.

Təqdimat “AnewZ TV”nin direktoru Rufat Həmzəyevin iştirakı ilə keçirilib və forumun beynəlxalq iştirakçıları arasında geniş marağa səbəb olub.

“Opinion” bölməsi Cənubi Qafqaz, Mərkəzi Asiya, Yaxın Şərq, həmçinin digər regionlardan olan ekspertlərin analitik və müəllif materialları üçün platforma olacaq. Yeni platformanın xüsusiyyəti "regionun içindən" baxışlara fokuslanmadır: yerli perspektivlər, kontekst və mentaliteti əks etdirən fikirlər.

Chosen
45
50
demokrat.az

10Sources