EN

Süni İntellekt tərəfindən yaradılmış məzmun KİV-də redaktəsiz dərc olunur - UniSC universitetinin tədqiqatçısı

Şuşa. Trend:

Mən strateji kommunikasiyalarda süni intellekttexnologiyalarından məsuliyyətsiz istifadə hallarından çoxnarahatam.

Trend-in xüsusimüxbiri xəbər verir ki, bunu UniSC universitetinin biznes vəkreativ sənayelər məktəbinin ictimaiyətlə əlaqələr, sosial mediaüzrə baş müaəllimi, tədqiqatçı Karen Saterlend III Şuşa QlobalMedia Forumunda deyib.

Onun sözlərinə görə, Avstraliya, ABŞ və Böyük Britaniyadastrateji kommunikasiyalar üzrə mütəxəssislər arasında keçirilmişaraşdırmanın nəticələri ciddi narahatlıq doğurur.

“Respondentlərin 40 faizi süni intellekt tərəfindən yaradılmışkontentdəki faktların doğruluğunu yoxlamağın elə də vacibolmadığını və ya ümumiyyətlə vacib olmadığını hesab edir, 49 faizisə faktiki olaraq belə materialları ümumiyyətlə redaktə etmirlər”,- deyə Saterlend vurğulayıb.

O həmçinin vurğulayıb ki, bu cür yanaşma nəticəsində bir çoxtəşkilatlar süni intellekt tərəfindən yaradılmış mətnləri olduğukimi kopyalayıb yapışdırır və onları lazımi şəkildə yoxlamadanKİV-ə göndərirlər, bu isə həm şirkətlərin, həm də medianınetibarlılığı və nüfuzuna təhlükə yarada bilər.

Chosen
32
50
az.trend.az

10Sources