Rusiya tərəfi AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı aparılan istintaq hərəkətlərinin nəticəsini gözləyir.
Far.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinq zamanı deyib.
"Əgər Azərbaycan belə bir qərar qəbul edərsə - indiki halda bu, Azərbaycanın haqqıdır, biz bütün proseslərdən və gedən araşdırmalardan rəsmi hökm gözləyəcəyik", - deyə Peskov bildirib.
Xatırladaq ki, 2024-cü il dekabrın 25-də səhər saatlarında AZAL-a məxsus sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhərində qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin və 5 ekipaj üzvü olub, 27 sərnişin və iki ekipaj üzvü sağ qalıb.