EN

Zelenski 16 ölkəyə yeni səfir təyin etdi

Ukrayna Prezidenti Volodimir Zelenski 16 ölkəyə yeni səfir təyin edib.
 
Moderator.az xəbər verir ki, bu barədə prezident xarici işlər naziri Andrey Sibiqa ilə görüşdən sonra "Telegram" kanalında yazıb.
 
"Ukrayna səfiri vəzifəsinə təyin olunmaq üçün namizədlərin seçilməsi ilə bağlı uzun prosesi başa çatdırdıq. Mən 16 səfir təyin etdim", - Zelenski qeyd edib.
 
Səfirlərin adları, eləcə də gedəcəkləri ölkələrin siyahısı hələlik açıqlanmayıb. Sibiqa daha əvvəl G7 və G20 ölkələrindəki nümayəndələrin əksəriyyətini dəyişdirmək planlarının olduğunu bildirmişdi. ABŞ-yə səfir təyin olunması gözlənilir və Zelenski artıq keçmiş baş nazirin müavini Olqa Stefanişinanı səfir təyin edib.
 
Əsas sual Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı, hazırda Böyük Britaniyada səfir olan Valeri Zalujnının taleyi ilə bağlıdır. Bəzi Ukrayna KİV-i daha əvvəl onun bu vəzifəni tərk edərək Ukraynaya qayıda biləcəyini yazıb.
Chosen
25
22
moderator.az

10Sources