AZ

Zelenski 16 ölkəyə yeni səfirlər təyin etdi

Vladimir Zelenski 16 ölkəyə yeni səfirlər təyin edib.

Milil.Az xəbər verir ki, Xarici işlər naziri Andriy Sybiha ilə görüşdən sonra o, Telegram kanalında yazıb:

"Ukraynanın səfiri vəzifəsinə təyin olunmaq üçün namizədlərin seçilməsi ilə bağlı uzun prosesi başa çatdırdıq. Mən 16 səfir təyin etdim".

Səfirlərin adları, eləcə də gedəcəkləri ölkələrin siyahısı hələlik açıqlanmayıb. Sybiha daha əvvəl G7 və G20 ölkələrindəki nümayəndələrin əksəriyyətini dəyişdirmək planlarının olduğunu bildirmişdi. Zelenski artıq baş nazirin keçmiş müavini Olqa Stefanişina təyin etdiyi üçün ABŞ-a rəsmi səfir təyinatı gözlənilir.

Əsas sual Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı, hazırda Böyük Britaniyada səfir olan Valeri Zalujnının taleyi ilə bağlı qalır. Bəzi Ukrayna KİV-ləri daha əvvəl onun bu vəzifəni tərk edərək Ukraynaya qayıda biləcəyini yazıblar. 

Milli.Az

Seçilən
19
16
milli.az

10Mənbələr