Ukraynanın yeni səfirləri təyin edilib.
Missiya.Az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski xarici işlər naziri Andrey Sibiqa ilə görüşündən sonra "Telegram" kanalında yazıb.
"Biz Ukraynanın səfiri təyin olunmaq üçün namizədlərin seçilməsi ilə bağlı uzun prosesi yekunlaşdırdıq. Mən 16 səfir təyin etdim", - Zelenski bildirib.
Qeyd edək ki, səfirlərin adları, eləcə də hansı ölkəyə təyin olunduqları hələlik açıqlanmayıb.
Nurlana ƏhmədovaMissiya.Az