EN

Ötən il Dövlət Neft Fondu qızılın aktivlərdə payını kəskin artırıb

2024-cü ilin sonuna Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) idarə etdiyi aktivlərin dəyəri artaraq 56,1 milyard dollardan 60 milyard dollara yüksəlib.

ARDNF-in illik hesabatında göstərilir ki, ümumi portfelin 46,9 faizi və ya 28,2 milyard dolları borc öhdəliklərinə, 26,6 faizi və ya 16 milyard dolları səhmlərə, 5,9 faizi və ya 3,5 milyard dolları daşınmaz əmlaka, 20,6 faizi və ya 12,4 milyard dolları isə qızıl investisiyalarına yönəldilib.

Bu ilin yanvarın 1-nə olan qızıl külçələrin aktivlərdəki payı 21 milyard 2 milyon 767 min manat təşkil edib. Bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 83 faiz çoxdur.

Qızılın investisiya portfelinin aktiv növləri üzrə dinamikası 2023-cü ildə 12 faiz olmasına baxmayaraq, 2024-cü ildə bu rəqəm 20,5 faizə yüksəlib.

 

Chosen
20
50
xalqqazeti.az

10Sources