EN

Jurnalistika detallara və faktlara yüksək diqqət tələb edən məsuliyyətli bir fəaliyyətdir - TRT World aparıcısı

BAKI,TurkicWorld

Jurnalistika detallara və faktlara yüksək diqqət tələb edən məsuliyyətli bir fəaliyyətdir.

TurkicWorld-in xüsusi müxbiri xəbər verir ki, bunu TRT World telekanalının aparıcısı və müxbiri Cəffər Hasneyn III Şuşa Qlobal Media Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, sosial şəbəkələrin hökmranlıq etdiyi müasir dünyada media savadlılığın artırılması, etibarlı informasiyanı "feyk"lərdən ayırmaq bacarığı həmişəkindən daha önəmlidir.

"Jurnalistika sadəcə reportaj demək deyil. Bu, faktçekinqdir, çarpaz yoxlamadır, etibarlı mənbələrə istinaddır. Məhz buna görə biz işinin peşəkarları olaraq, cəmiyyətə mediasənayenin hansı şəkildə işlədiyini izah etməliyik", - deyə o vurğulayıb.

Hasneyn əlavə edib ki, əsl jurnalist hər hansı materialın dərc olunmasından əvvəl verifikasiyanın bütün mərhələlərindən keçməlidir.

"Bəli, sizin telefonunuz ola bilər və özünüzü jurnalist adlandıra bilərsiniz. Amma jurnalistika – bu, daha mürəkkəb və əhəmiyyətli bir sahədir. Bu, media mühitinin necə işlədiyini anlamağı tələb edən çətin və vacib bir prosesdir", – deyə o qeyd edib.

Chosen
23
50
turkic.world

10Sources