İranın Rəşt şəhərində baş verən partlayış nəticəsində 13 nəfər yaralanıb.
Publika.az xəbər verir ki, bu barədə Rəşt Yanğından Mühafizə İdarəsi məlumat yayıb.
Bildirilib ki, partlayış nəticəsində dil tədris mərkəzinə, zərgərlik mağazasına, park edilmiş avtomobillərə və yaxınlıqdakı bir neçə mağazaya ziyan dəyib.
İlkin məlumata görə, partlayış qaz sızması nəticəsində baş verib.