Rüfət Abdullazadə karyerasını Xorvatiyada davam etdirəcək.
“Qafqazinfo” xəbər verir ki, “Səbail” yarımmüdafiəçini “Varajdin” klubuna satıb.
I Liqaya düşən Bayıl təmsilçisi 24 yaşlı hücumçu üçün təxminən 200 min avro təzminat alıb.
Abdullazadə “Sumqayıt” yetirməsidir. O, 2023-cü ildə “Səbail”ə keçmişdi və anlaşması gələn yay başa çatacaqdı.
Xatırladaq ki, “Varajdin” Konfrans Liqasında mübarizə aparır. Xorvatlar iyulun 24-də II təsnifat mərhələsinin ilk oyununda Portuqaliya “Santa Klara”sını qəbul edəcək.