AZ

Xorvatiya klubu Azərbaycan yığmasının üzvünü aldı - 200 minə

Rüfət Abdullazadə karyerasını Xorvatiyada davam etdirəcək.
 
“Səbail” yarımmüdafiəçini “Varajdin” klubuna satıb.
 
I Liqaya düşən Bayıl təmsilçisi 24 yaşlı hücumçu üçün təxminən 200 min avro təzminat alıb.
 
Abdullazadə “Sumqayıt” yetirməsidir. O, 2023-cü ildə “Səbail”ə keçmişdi və anlaşması gələn yay başa çatacaqdı.
 
Xatırladaq ki, “Varajdin” Konfrans Liqasında mübarizə aparır. Xorvatlar iyulun 24-də II təsnifat mərhələsinin ilk oyununda Portuqaliya “Santa Klara”sını qəbul edəcək. /Qafqazinfo.az/
 
Seçilən
36
47
moderator.az

10Mənbələr