FIFA prezidenti Canni İnfantino sosial media hesabında İngiltərə millisinin futbolçusu Cess Karterin Avropa çempionatı zamanı azarkeşlər tərəfindən irqçi təhqirlərə məruz qalmasından kədərləndiyini bildirib...
Poliqon xəbər verir ki, o, bu barədə sosial mediada yazıb.
"İngiltərə komandasının üzvü Cess Karterə qarşı edilən sui-istifadədən dərindən kədərlənirəm. İrqçiliyin futbolda və ya cəmiyyətdə yeri yoxdur", deyə İnfantino bildirib.
İngiltərə yığması 1/4 finalda İsveçi penaltilər seriyasında məğlub edərək turnirin yarımfinalına yüksəlib. İngiltərə finala vəsiqə uğrunda İtaliya ilə mübarizə aparacaq. Qarşılaşma iyulun 22-də baş tutacaq. Komandalar meydana Moskva vaxtı ilə saat 23:00-da çıxacaq.
Poliqon.info