EN

"Anglo Asian Mining" Dəmirli mədənində mis hasilatı üzrə proqnozlarını açıqlayıb

Bakı. Trend:

“Anglo Asian Mining” şirkəti Azərbaycanın Dəmirli mədənindən2025-ci ildə konsentrat şəklində təqribən 4 000 tonn mis istehsalolunacaq.

Trend bu barədəşirkətə istinadən xəbər verir.

“2026-cı ildən başlayaraq istehsalatın təxminən illik 15 000 tonmisə qədər artırılacağı gözlənilir. Yatağın istismar müddətigeoloji və mineral-faydalı qazıntı modelinin hazırlanmasından sonramüəyyənləşdiriləcək”, - deyə şirkətdən bildiriblər.

Qeyd olunur ki, Dəmirli layihəsi üçün ərazi şirkətə verildikdənsonra aparılmış ilkin ekoloji tədqiqatlardan sonra ətraf mühitə vəsosial sahəyə təsirin tam qiymətləndirilməsi (ESIA) həyatakeçirilib.

“Ətraf mühit, sosial məsuliyyət və korporativ idarəetmə (ESG)prinsiplərinə yönəlik fəaliyyətimizə uyğun olaraq, “Anglo Asian” buyaxınlarda dağ-mədən sənayesi üçün ESG hesabatlılığı və müqayisəlitəhlil xidmətləri göstərən müstəqil provayder olan “Digbee Limited”şirkətindən dayanıqlı inkişaf üzrə ilk qiymətləndirməsini alıb. Bubarədə 2025-ci il iyunun 24-də elan olunub”, – deyə şirkətdən qeydedilib.

“Anglo Asian” şirkəti vurğulayıb ki, Dəmirli yatağında əlavəfaydalı qazıntı ehtiyatlarının aşkarlanması üçün əhəmiyyətlipotensial mövcuddur. Artıq yaxınlıqda gələcək qiymətləndirmə üçündigər mis yataqları da müəyyən edilib. Gələcəkdə regional geolojikəşfiyyat proqramı həyata keçiriləcək.

Məqalədə:
Chosen
16
2
az.trend.az

4Sources