AZ

“Anglo Asian Mining” qiymətli metalların hasilatını 3 dəfə artırıb

Bu ilin I yarısında Böyük Britaniyanın “Anglo Asian Mining” şirkəti (AAM, Azərbaycanda qızıl yataqlarının işlənməsi üzrə operator) 16,378 min unsiya qızıl ekvivalentində qiymətli metal hasil edib.

"Report" şirkətin məlumatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,1 dəfə çoxdur.

"Anglo Asian" hesabat dövründə 12,115 min unsiya qızıl (2,6 dəfə çox) 62,354 min unsiya gümüş (4,9 dəfə çox), 1,188 min ton mis (11,9 dəfə çox) hasil edib.

“Gədəbəy” yatağından 2025-ci ilin yanvar-iyun aylarında 11,382 min unsiya qızıl (2,4 dəfə çox), 14,911 min unsiya gümüş (4,9 dəfə çox) əldə edilib.

"I yarımildə dünya bazarlarında qızıl külçə satışları 9,781 min unsiya (1,6 dəfə çox) təşkil edib. Qızılın orta satış qiyməti 3,077 min ABŞ dolları/unsiya olub. 2024-cü ilin yanvar-iyun aylarında şirkət üzrə qızılın bir unsiyasının orta satış qiyməti 2,174 min ABŞ dolları təşkil edib”, - məlumatda qeyd olunub.

Hesabat dövründə AAM 6,595 min ton mis konsentratı (39,7 dəfə çox) hasil edib və bunun 5,432 min tonu (16,4 dəfə çox) 9,915 milyon ABŞ dollarına (7,6 dəfə çox) satılıb.

phrase_var_article.chosen
92
49
report.az

10phrase_var_article.sources