EN

"WhatsApp"da yeni "Quick Recap" funksiyası istifadəyə verildi

Bakı. Trend:

Keçən ay "WhatsApp" tərtibatçıları çatlarda oxunmamış mesajlarınxülasəsini yaratmağa imkan verən "Mesaj xülasəsi" funksiyasınıistifadəyə verdiklərini elan etmişdilər. Lakin həmin alət yalnızbir çat üçün işləyirdi.

Trend xəbər verirki, yeni yeniləmədə isə bu məhdudiyyət aradan qaldırılıb. Belə ki,"WhatsApp" tərtibatçıları eyni anda bir neçə çat üzrə xülasəyaratmağa imkan verən "Quick Recap" funksiyasını əlavə ediblər.

Mənbənin məlumatına görə, bu funksiya eyni vaxtda beş çat üçünmesajların xülasəsini yaratmağa imkan verir. İstifadəçi sadəcəistədiyi çatları seçməli, ekranın yuxarı hissəsində yerləşən üçşaquli nöqtə simvoluna klikləyərək menyudan uyğun seçimietməlidir.

Qeyd olunur ki, bütün mesajlar istifadəçinin cihazında emalolunur və üçüncü tərəflərin onlara çıxışı mümkün deyil. Lakin"Quick Recap" funksiyası əlavə məxfilik parametrləri ilə qorunançatlara tətbiq olunmur.

Bu yenilik hazırda Android əməliyyat sistemi üçün "WhatsApp2.25.21.12 beta" versiyasında əlçatandır.

Chosen
19
25
az.trend.az

10Sources