«Difai» yeni mövsüm hazırlıqlarını davam etdirir.
Qarabağ qazilərinin yaratdığı komanda «Neftçi»nin Bakıxanov qəsəbəsində yerləşən bazasında bir araya gəlib.
Toplanışın ilk mərhələsi seleksiyaya həsr olunub.
Bu müddətdə 50-dan artıq gənc baxışa cəlb edilib. Onlardan 20-yə yaxını seçimlərin ikinci mərhələsinə saxlanılıb.
Gələn həftədən komandaya yeni simalar da qoşulacaq. Onlar əsasən Premyer Liqa klublarından gələnlər olacaq.
SPORTİNFO.AZ