AZ

Ermənistan və Azərbaycan sülh sazişinin imzalanmasına çox yaxındır - Baqdasaryan

Bakı. Trend:

Hazırda Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in MinskQrupunun buraxılması şərtlərinin aktiv müzakirələri aparılır.

Trend ErmənistanKİV-ə istinadən xəbər verir ki, bunu Ermənistan baş naziri NikolPaşinyanın mətbuat katibi Nazeli Baqdasaryan bildirib.

“Ermənistan baş naziri bildirib ki, Ermənistan və Azərbaycansülh sazişinin imzalanmasına çox yaxındırlar. Minsk qrupununburaxılma mexanizmlərinə və sazişin mümkün ilkin imzalanmasınagəlincə, hazırda bunların həyata keçməsini mümkün edəcək şərtlərinaktiv müzakirələri aparılmaqdadır”, - deyə o bildirib.

Baqdasaryan bunun üçün Konstitusiya dəyişikliyinə zərurətinyaranıb-yaranmayacağı məsələsinə də münasibət bildirib

"Konstitusiya ilə bağlı məsələyə gəldikdə, ErmənistanRespublikasının Baş naziri dəfələrlə bəyan edib ki, əgər sülhsazişi imzalandıqdan sonra Ermənistan Respublikası KonstitusiyaMəhkəməsi onun Konstitusiyaya zidd olduğunu müəyyən etsə, Baş nazirözü Ermənistan Respublikasının Konstitusiyasına dəyişiklikləredilməsinə təşəbbüs göstərəcək. Hələlik buna ehtiyac yoxdur”.

Məqalədə:
Seçilən
31
50
az.trend.az

10Mənbələr