EN

ABŞ Avropa ilə "KÖRPÜLƏRİ YANDIRDI"

"Birləşmiş Ştatlar Aİ ölkələri üçün yeni artan idxal rüsumlarının başlama tarixini təxirə salmayacaq - onlar avqustun 1-dən qüvvəyə minəcək".

Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın ticarət naziri Hovard Lutnik "CBS News" telekanalına müsahibəsində bildirib.

"Xeyr, bu çətin bir müddətdir, ona görə də yeni rüsumlar avqustun 1-dən qüvvəyə minəcək", - nazir Avropa ölkələri üçün gecikmə ilə bağlı suala cavab verib.

Eyni zamanda Lutnik vurğulayıb ki, Vaşinqton dialoqa açıq qalır və məhdudiyyətlərin tətbiqi Brüssel və digər xarici ticarət tərəfdaşları ilə gələcək danışıqlara mane olmur.

Xatırladaq ki, avqustun 1-dən ABŞ Avropa İttifaqından gələn mallara 30 faizlik yeni rüsumlar tətbiq etməyə başlayacaq.

Chosen
39
50
publika.az

10Sources