EN

Ağstafadan Bakıya gedən ata və öğlu qəzaya düşdü

AĞSTAFA, 21 iyul. TELEQRAF

Ağstafa rayonunda iki nəfərin xəssrəti ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə rayonun Qırılı kəndində qeydə alınıb.

İlkin məlumata görə, "Hudai" markalı avtomobil yol kənarında dayanan "VAZ" markalı minik maşınına çırpılıb. Nəticədə "VAZ" da olan 1975-ci il təvəllüdlü Ariz Namazov və onun oğlu 1989-cu il təvəllüdlü Elşən Namazov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Onlar yaxınlıqda yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Hər iki şəxsə tibbi yardım göstərilib, vəziyyətləri kafidir.

Məlumat üçün bildirək ki, xəsarət alan şəxslər Bakı şəhərinə qonaq gedirlərmiş.

Faktla bağlı araşdırma başlanılıb

Chosen
115
33
teleqraf.com

10Sources