EN

Ərdoğan Kiprin işğalının ildönümündə dünya ictimaiyyətinə çağırıb edib 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bazar günü ölkəsinin Kiprdə iki dövlətli həll variantını dəstəklədiyini təkrarlayaraq, beynəlxalq ictimaiyyəti Aralıq dənizindəki adanın hazırkı bölünməsi ilə barışmağa çağırıb...

Poliqon bu barədə AFP nəşrinə istinadən xəbər verir.

Ərdoğan türk qoşunlarının adaya daxil olmasının 51-ci ildönümünü qeyd etmək üçün Kiprin işğal olunmuş hissəsinə səfəri zamanı deyib ki, Türkiyə iki dövlət həllini tam dəstəkləyirik.

“Beynəlxalq ictimaiyyətin yerlərdə reallıqlarla barışması zamanıdır”, deyə Ərdoğan bildirib.

Türkiyə liderinin səfəri BMT-nin baş katibi Antonio Quterreşin Kiprin rəqib liderləri arasında təşkilatın Nyu-Yorkdakı mənzil-qərargahında keçirilən görüşlərinin adadakı keçid məntəqələri ilə bağlı suallara baxmayaraq, konstruktiv keçdiyini söyləməsindən bir neçə gün sonraya təsadüf edib.

Poliqon.info 

 

Chosen
74
50
poliqon.info

10Sources