EN

Rusiya-Ukrayna danışıqlarının üçüncü raundunun keçiriləcəyi yer müəyyənləşib

Rusiya və Ukraynanın danışıqlar aparan nümayəndə heyətləri İstanbulda yenidən görüşməyə hazırlaşırlar.

Oxu.Az xəbər verir ki, bu barədə Rusiya mətbuatı mənbələrə istinadən məlumat verir.

Ukraynadakı hərbi münaqişənin sülh yolu ilə nizamlanması üzrə danışıqların əvvəlki iki raundu da İstanbulda keçirilmişdi.

Danışıqların tarixi hələlik məlum deyil. Ukrayna tərəfi onun gələn həftə keçirilməsini təklif edib.

Mayın 16-da və iyunun 2-də baş tutan əvvəlki görüşlərdə nümayəndə heyətləri əsirlərin mübadiləsi barədə razılığa gəliblər, həmçinin atəşkəs şərtləri ilə bağlı bir-birlərinə memorandumlar təqdim ediblər.

Chosen
34
27
editor.az

10Sources