Tovuzda kişini ilan sancıb.
"Unikal"ın məlumatına görə, hadisə rayonun Xatınlı kəndində qeydə alınıb. Belə ki, kənd sakini orta yaşlı kişi həyətdə işləyərkən onu ilan sancıb. Xəstə dərhal Tovuz rayon mərkəzi xəstəxanasına yerləşdirilib, ona ilan zəhəri əleyhinə zərdab vurulub.
Vəziyyətinin orta-ağır olduğu bildirilir.
Tural Əhmədov