EN

III Şuşa Qlobal Media Forumunun iştirakçısı: Jurnalistikanı blogerlikdən ayırmağın vaxtı gəlib VİDEO

Şuşa, 20 iyul, Aytac Haqverdiyeva, Leyla Muradzadə, AZƏRTAC

Jurnalistikanı blogerikdən ayırmağın vaxtı gəlib. Klassik jurnalistikaya qayıtmalıyıq. Məlumatın həcmi böyükdür və biz onu fərqləndirməliyik. Sosial şəbəkədə səhifəyə sahib olan hər bir şəxs jurnalistika fəaliyyəti ilə bərabər tutulur. Bu, əlbəttə ki, səhv fikirdir. Düşünürəm ki, bütün dünyada bununla bağlı qanunvericilik səviyyəsində qərar qəbul edilməlidir.

AZƏRTAC xəbər verir ki, bu sözləri III Şuşa Qlobal Media Forumunun “İnnovativ yanaşmalar: Rəqəmsal dövrdə media savadlılığı” adlı panelində “Qazcontent” ASC-nin İdarə Heyətinin sədri Aina Zadabek deyib.

Chosen
41
13
azertag.az

10Sources