EN

“Neftçi” Toqo millisinin üzvü ilə maraqlanır

"Neftçi"nin transfer bazarında fəallığı davam edir.

Bizim.Media xəbər verir ki, "ağ qaralar" Kennedi Boatinqin xidmətində maraqlıdır.

28 yaşlı legioner hazırda Rumıniyanın "Dinamo" klubuna məxsusdur. Mərkəz müdafiəçisi daha əvvəl Avstriyada LASK, "Rid", "Lustenau" klublarında çıxış edib.

Qısa müddətdə Portuqaliyada "Santa Klara"nın formasını geyinib. Dəyəri 2 milyon manata yaxın qiymətləndirilən oyunçu Toqo millisində 10 görüş keçirib.

Rəşad Rafiqoğlu, Bizim.Media

Chosen
49
1
bizim.media

2Sources