ABŞ-ın 1 avqustdan etibarən 30%-lik gömrük rüsumları tətbiq etməsi, İtaliyanın ÜDM-nin 1,4% azalmasına səbəb ola bilər.
APA xəbər verir ki, bu barədə İtaliyanın aparıcı iqtisadi "Il Sole 24 Ore" nəşri məlumat yayıb.
Məlumata görə, bu rüsumlar 2025–2026-cı illər ərzində İtaliya iqtisadiyyatına təxminən 30 milyard avro zərər vuracaq.
Əgər rüsumlar 20% həcmində olarsa, iqtisadi itkilər 20 milyard avroya yaxın olacaq.