İranın Fars əyalətində sərnişin avtobusunun aşması nəticəsində 22 nəfər həlak olub.
Publika.az xəbər verir ki, bu barədə əyalətin təcili yardım xidmətinin rəhbəri Məsud Abed ILNA-ya bildirib .
Qəza Firuzabad və Kevər şəhərləri arasındakı avtomobil yolunda baş verib .
"Təəssüf ki, bu faciəli hadisədə avtobusda olan 58 sərnişindən 22 nəfər ölüb, 36 nəfər yaralanıb", - Abeda bildirib.