EN

Suriyada druzlarla silahlı toqquşmalarda 940 nəfər həyatını itirib

Suriyanın cənubundakı Əs-Suveyda əyalətində keçid hökuməti qüvvələri ilə druz özünümüdafiə dəstələri arasında baş verən silahlı toqquşmalarda 940 nəfər həlak olub.

"Cebheinfo.az" Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "Sky News Arabia" məlumat yayıb.

Məlumata görə, iyulun 13-dən bəri davam edən toqquşmalarda druz bölmələri 326 döyüşçünü itirib, hökumət qüvvələrinin 312 hərbçisi həlak olub.

Digər ölənlər isə əsasən mülki vətəndaşlardır.

İyulun 19-da Suriyanın keçid prezidenti Əhməd əş-Şaraa beynəlxalq vasitəçilərin iştirakı ilə hazırlanmış nizamlama planına uyğun olaraq Əs-Suveydada atəşkəs elan edib.

"Cebheinfo.az" 

Chosen
92
25
cebheinfo.az

10Sources