"Report"un Xankəndinə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə bildirib.
O qeyd edib ki, sülh prosesinin təşəbbüskarı məhz Azərbaycan olub:
"İkinci Qarabağ müharibəsi bitdikdən sonra Minsk qrupu üçlüyü hələ də çalışırdı, Bakıya səfərlər edirdi. Mən gördüm ki, onlar nə edəcəklərini bilmirlər. Mənə sual verəndə, onlara bildirdim ki, biz Ermənistanla sülh sazişi üzərində işləməliyik".
Ölkə başçısı diqqətə çatdırıb ki, o, prosesin başlamasını təklif edib:
"Sülh sazişinin mətnini hazırladıq, Ermənistana göndərdik. Onların müxtəlif şərhləri var idi. İki il ərzində heç bir irəliləyiş yox idi. Bunun başlıca səbəbi o idi ki, Ermənistan tərəfi sülh sazişinin mətninə "Dağlıq Qarabağ" məsələsini daxil etmək istəyirdi. Biz onlara dedik ki, "Dağlıq Qarabağ" sizin təxəyyülünüzdədir, reallıqda mövcud deyil. Bu Azərbaycanın parçasıdır və sülh müqaviləsinin mətninə daxili siyasətimizə aid olan məsələ əlavə edilə bilməz".
Prezident İlham Əliyev vurğulayıb ki, 2023-cü ilin sentyabrında əraziləri azad edəndən sonra yalnız bu zaman Ermənistan israr etmədi, çünki mövzu bağlı idi.
10Sources
-
day.azPrezident İlham Əliyev Xankəndidəki III Şuşa Qlobal Media Forumunda çox mühüm məsələlərə toxundu, önəmli mesajlar verdi - Azər Qarayev ( 19527368)
-
baki-xeber.comPaşinyanın Qarabağı sülh danışıqlarına daxil etmək cəhdləri necə iflasa uğradıldı... Tarix açılır... ( 19524953)
-
sherg.azDünya mətbuatı III Qlobal Media Forumunda Prezident İlham Əliyevin çıxışından əsas məqamları işıqlandırmaqda davam edir ( 19524500)
-
azerbaijan-news.azMedia nümayəndələrinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ( 19523438)
-
azerbaijan-news.azEkspert: Azərbaycan qazının Suriyaya nəqli Bakı ilə Dəməşq arasında nəqliyyat layihələrinin inkişafı üçün baza yaradacaq ( 19523432)
-
nocomment.azİlham Əliyevin Xankəndi açıqlamaları – Azərbaycanın regional və qlobal miqyasda önəmi – ŞƏRH ( 19522859)
-
az.trend.azPrezident İlham Əliyev Xankəndidəki III Şuşa Qlobal Media Forumunda çox mühüm məsələlərə toxundu, önəmli mesajlar verdi - Azər Qarayev ( 19522589)
-
baki-xeber.comTrampın Azərbaycana yönəlik etdikləri cavabsız qalmadı... ( 19519658)
-
ikisahil.azCənubi Qafqazda məqbul situasiya tədricən yarana bilər… ( 19514219)
-
sfera.azLider qətiyyəti tarixi hədəflərə yol açır ( 19502156)